Mobil versiya
İlyas Səfərov: “Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun zəfər yürüşü davam edir”
Tarix: 04-11-2020 | Saat: 15:35
Bölmə:Manşet / Gündəm / Ölkə | çapa göndər

İlyas Səfərov: “Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun zəfər yürüşü davam edir”





Yuxarı Şirvan Kanalının İstismarı İdarəsinin rəisi İlyas Səfərov erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusunun sentyabrın 27-dən başladığı hərbi əməliyyatların nəticəsində yaranmış vəziyyətlə bağlı aia.az saytına müsahibə vermişdir.

Əməkdaşımızın suallarını cavablandıran İlyas Səfərov xüsusi olaraq vurğulamışdır ki, mənfur qonşularımızdan fərqli olaraq Azərbaycanın apardığı müharibə işğalçılıq məqsədləri güdmür və biz yalnız öz torpaqlarımızı azad edirik: “Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun müzəffər yürüşü davam edir. Şanlı Azərbaycan ordusu işğal altında olan ərazilərimizi azad edir, xalqımıza qürür və sevinc dolu günlər yaşadır. Bununla Azərbaycan ordusu döyüş meydanında yalnız tarixi ədaləti bərpa edir. Bizim heç kəsin torpağında gözümüz yoxdur. İndi artıq hamı əmindir ki, dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq.”

Həmçinin öz müsahibəsində İlyas Səfərov Cənubi Qafqazda bu gün yaranan yeni reallıqların əsasının son illər ərzində Prezident İlham Əliyevin ciddi səyləri, çoxşaxəli və məqsədyönlü fəaliyyəti nəticəsində qoyulduğunu da xüsusi olaraq qeyd etmişdir: “Azərbaycan Respublikasının Prezidenti, möhtərəm dövlət başçımız cənab İlham Əliyev son illər ərzində ardıcıl fəaliyyəti ilə dünya ictimaiyyətini ümumilikdə Qarabağın və konkret olaraq yaşanan münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmağa müvəffəq oldu. Ən mötəbər beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdıran dövlətimizin başçısı dərin təfəkkürü, siyasi savadı, məntiqi ilə hadisələrin necə baş verdiyini və hansı tərəfin haqlı olduğunu hər kəsə açıq-aydın göstərdi. Ali Baş Komandanımızın Azərbaycan həqiqətlərini dünyaya çatdırarkən fikirlərini tarixi faktlara əsaslandırması beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə cəlb edib. Məsələn, Kürəkçay sülh müqaviləsindən danışan dövlətimizin başçısı diqqətə çatdırır ki, bu anlaşmada erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Burada məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi. Bu gün isə artıq şanlı Azərbaycan ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Cənubi Qafqazda yeni reallıqlar yaradır və artıq bütün dünya bu reallıqları qəbul etməlidir.”

Daha sonra İlyas Səfərov ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti barədə də bəzi fikirlərini bildirərək bunları demişdir: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupunun fəaliyyətində Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərə və əməkdaşlığa sadiq olduğunu, lakin bunun qarşılığını görmədiyini bildirib. Həqiqətən də əgər 30 il ərzində dünyanın üç aparıcı ölkəsini təmsil edən qrup bir problemin həllində nəticə əldə edə bilmirsə, bu, həmin qrupun fəaliyyətsizliyini göstərir. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin heç bir qurum və ya təşkilat Ermənistanı bu qətnamlərə əməl etməyə məcbur edə bilməyib. Nəhayət bu missiyanı Azərbaycan ordusu öz üzərinə götürməli oldu. İndi, möhtərəm Prezidentimizin də dediyi kimi, status-kvo artıq mövcud deyil. İndi təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalı və nə qədər ki gec deyil, işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasını təmin etməlidir. Artıq bütün dünya bilməlidir ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman tolerantlıq, irqi və dini dözümlülük, mədəniyyətlərarası dialoq və digər bu kimi sülhsevər ideyalara yüksək dəyər verib və bu gün Azərbaycan Ordusunun apardığı ədalətli azadlıq müharibəsi də məhz bu dəyərlərin qorunmasına, regionda sülh və əmin-amanlığın bərpa olunmasına xidmət edir.”

aia.az
Orxan Həsənov
Fariz Əliyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024