Mobil versiya
Asudə Cəfərova: “Bu Vətən müharibəsidir və bütün Azərbaycan anaları Ali Baş Komandanımızın yanındadır!”
Tarix: 04-11-2020 | Saat: 14:59
Bölmə:Gündəm | çapa göndər

Asudə Cəfərova: “Bu Vətən müharibəsidir və bütün Azərbaycan anaları Ali Baş Komandanımızın yanındadır!”






“Məlum olduğu kimi, bu ilin sentyabrın 27-dən başlayaraq cəbhədə törədilən növbəti erməni təxribatından sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başlayıb. Artıq bir aydan artıqdır ki, ordumuz öz zəfər yürüşünü davam etməkdədir. Ali Baş Komandanımızın rəhbərliyi altında igid övladlarımız Vətən torpaqlarını qarış-qarış düşməndən təmizləyirlər və biz hər gün möhtərəm Prezidentimizdən növbəti zəfər müjdəsini səbirsizliklə gözləyirik.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Neftçala rayon təşkilatının sədri Asudə Cəfərova demişdir.

Əməkdaşımızın bir qadın, bir ana olaraq keçirilən hərbi əməliyyatlarla əlaqədar yaranmış vəziyyətə münasibətilə bağlı sualını cavablandıran Asudə xanım demişdir ki, bu müharibə Azərbaycan üçün əsil Vətən müharibəsidir və buna görə də bütün Azərbaycan anaları dövlət başçımızın verdiyi qərarları birmənalı olaraq dəstəkləyirlər: “Məlumdur ki, hər bir müharibə, hər bir silahlı münaqişə çoxsaylı insan tələfatı ilə müşayiət olunur. Bu tarixən belə olub, indi də belədir. Hər zaman da itkilərdən ən çox əziyyət çəkən analar olublar. Məhz buna görə də analar hər zaman müharibələrin əleyhinədirlər. Lakin Azərbaycan bu gün Vətən müharibəsi aparır. Bizim övladlarımız bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşürlər. Buna görə də bu gün bütün analar öz övladlarına xeyir-dua verib, mənfur düşməni torpaqlarımızdan qovmaq üçün onları cəbhəyə qürur hissi ilə göndərirlər. Bu gün bütün Azərbaycan anaları Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi bütün qərarları birmənalı olaraq dəstəkləyirlər və hər zaman möhtərəm Prezidentimizin yanındadırlar.”

Öz müsahibəsində təşkilat sədri Ermənistan iqtidarının yürütdüyü işğalçı siyasətin, xüsusilə son bir ildə Paşinyan hökumətinin Azərbaycana qarşı açıq-aşkar təhqiramiz və alçaldıcı mövqeylərdən etdiyi çıxışların qətiyyən yolverilməz olduğunu qeyd edərək, hazırda yaranmış vəziyyətə görə, həmçinin Azərbaycan Ordusunun öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı döyüşlərin nəticəsində erməni xalqını gözləyən daha böyük iqtisadi və siyasi böhrana görə birbaşa Ermənitanın hərbi-siyasi hakimiyyətinin məsuliyyət daşıdığını bildirmişdir: “Əgər erməni anaları da bundan sonra öz övladlarını itirmək istəmirlərsə, əgər erməni xalqı bundan sonra da daima miskinlik içərisində və terror təhdidi altında yaşamaq istəmirsə bu zaman onlar öz iradələrini ortaya qoymalı və öz ölkələrinin işğalçı Paşinyan rejiminə qarşı qətiyyətlə çıxış etməlidirlər. Biz 30 il bu işğala dözdük, torpaqlarımızın sülh yolu ilə qaytarılacağı ümidilə gözlədik. Lakin artıq yetər. Ali Baş Komandanımızın da dediyi kimi, əgər erməni əsgəri ölmək istəmirsə, onda qoy rədd olsun Azərbaycan torpaqlarından.”

Sonda Asudə Cəfərova əməkdaşımızın COVİD-19 pandemiyası ilə bağlı rayonda yaranmış vəziyyət və bu istiqamətdə ATİAHİ Neftçala rayon təşkilatının göstərdiyi fəaliyyətlə bağlı verdiyi sualını cavablandıraraq bunları demişdir: “Birmənalıdır ki, bu ilin əvvəllindən Azərbayvan dövləti tərəfindən həyata keçirilən koronavirusa qarşı mübarizə tədbirləri dünyada ən effektli variantlardan biri oldu. Məhz bu səbəbdən də ölkəmiz indiyədək pandemiya qurbanlarının sayına görə də, karantin rejiminin tətbiqi ilə bağlı iqtisadi itki göstəricilərinə görə də minimum hədd intervalındadır. Lakin təəssüflər olsun ki, karantin rejiminin yumşaldılması bir çox vətəndaşlarımızda aldadıcı təəssüratlar yaratdı və karantin qaydalarına əməl olunmaması səbəbində yoluxmaların sayında yenidən artım müşahidə olunmağa başladı. Halbuki, indi biz əvvəlkindən daha ehtiyatlı, daha diqqətli olmalıyıq. Çünki biz indi iki düşmənlə, ön cəbhədə erməni işğalçıları ilə və arxa cəbhədə koronavirusla mübarizə aparırıq. Öz növbəmizdə pandemiya dövründə bizim təşkilat tərəfindən mütəmadi olaraq imkansız və yaşı 65 dən yuxarı olan ittifaq üzvlərinə könüllülər vasitəsilə köməkliklər göstərilir. İmkanı zəif olan ittifaq üzvlərinə maddi yardımlar olunur. Bütün təhsil müəssələrində maarifləndirmə işləri təşkil olunb. Bundan başqa xəstəliyi və sağlamlığında yaranmış hər hansı problemlə əlaqədar bizə müracıət edən ittifaq üzvlərini ATİAHİ respublika komitəsinin köməkliyi ilə sanatoriya və istirahət evlərinə yollanışlarla təmin edirik. Amma az öncə də dediyim kimi, bu gün bizim hamımızın əsas məqsədimiz torpaqlarımızın tezliklə işğaldan tam azad olunmasıdır və mən də bütün xalqımız kimi əminəm ki, ən qısa zamanda biz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu məqsədimizə çatacağıq!”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024