Mobil versiya
Erməni mətbuatı itkilərin gizlədildiyini təsdiqləyir
Tarix: 03-11-2020 | Saat: 10:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Erməni mətbuatı itkilərin gizlədildiyini təsdiqləyir



Ermənistan mətbuatı Qarabağdakı itkilərlə bağlı statistikanın gizlədilməsini gündəmə gətirib.
Azvision.az -ın məlumatına görə, son günlər bu məsələ Ermənistanda aktuallaşdığı üçün "Hraparak" qəzeti döyüşdə ölənlərin sayının niyə açıqlanmamasını araşdırıb.

Qəzet yazır: “Dörd günlük susqunluqdan sonra Müdafiə Nazirliyi dünən döyüşlərdə ölən daha 11 hərbçinin adını açıqladı. Ancaq bu barədə məlumat verilməzdən əvvəl nazirliyə sorğu göndərdik ki, son dörd gün ərzində erməni tərəfi heç bir qurban verməyibmi? İtkilərlə bağlı məlumatların dörd gündə verilməməsinin səbəbi nədir? Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan "Kimliklərin müəyyənləşdirilməsi problemi var" dedi”.

Erməni mətbuatı bildirir ki, naməlum cəsədlər daha çoxdur: “Məsələ burasındadır ki, sosial şəbəkələrdə ermənilər arasında ümidsizlik yaratmamaq üçün öldürülən əsgərlər haqqında gündəlik məlumatlar vermək barədə aktiv müzakirələr aparılır. Xatırladaq ki, rəsmi qaydada 1172 ölmüş hərbçinin adı açıqlanıb. Ortada hələ naməlum cəsədlər var, hazırda onlarla əlaqəli şəxsiyyətin müəyyənləşdirilməsi işləri aparılır".

Qeyd edək ki, Ermənistan rəsmiləri son günlər döyüşdəki itkilərlə bağlı açıqlama yaymır. Bu hal erməni mediasının da diqqətindən yayınmayıb və Şuşan Stepanyana “son dörd gün ərzində erməni tərəfi heç bir qurban verməyibmi? İtkilərlə bağlı məlumatların verilməməsinin səbəbi nədir?” kimi suallar ünvanlanıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024