Mobil versiya
AHİK-də Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüş keçirilib
Tarix: 02-11-2020 | Saat: 16:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

AHİK-də Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüş keçirilib




2020-ci il noyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.

Görüşdə Türkiyə İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), İşçilərin Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (HAK-İŞ), İşəgötürənlər Həmkarlar İttifaqları Təşkilatları Konfeederasiyası (TİSK), İctimai İşçilərin Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (T. KAMU-SEN), Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (MEMUR-SEN) rəhbərləri iştirak ediblər.

Qonaqları salamlayan S. Möhbalıyev bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu hücuma keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Silahlı qüvvələri əks-hücum əməliyyüatına başlamışdır. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan ordusu yalnız qarşı tərəfin atəş nöqtələrini susdurmaqdadır. Nəticədə, sizə də məlumdur ki, işğal olunmuş ərazilərimizin bir hissəsi, o cümlədən 4 şəhər, 3 qəsəbə, 200-ə yaxın kənd işğalçılardan azad edilmiş, strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklər ordumuzun nəzarətinə keçmişdir.

Fürsətdən istifadə edərək Azərbaycanın haqq savaşına Türkiyə Respublikasının prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk qardaşlarımız tərəfindən tərəddüdsüz olaraq dəstək göstərdiklərinə görə onlara minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bizim qardaşlığımız dönməzdir və əbədidir.


AHİK sədri daha sonra deyib ki, Ermənistan tərəfi atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisinə qarşı qadağan olunmuş silahlar tətbiq edirlər. Erməni faşistlərinin həyata keçirdikləri bu taktika nətcəsində isə yalnız dinc əhali zərər çəkmiş olur. 4, 11 və 17 oktyabr tarixlərində cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə qadağan olunmuş raketlərdən atəş açmaqla, 10 qadın, 6 uşaq olmaqla 26 nəfər qətlə yetirilmişdir. Eyni zamanda 27-28 oktyabr tarixlərində Bərdə şəhərinə erməni vandalları tərəfindən edilən hücum nəticəsində də 26 nəfər mülki şəxs həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmışdır. Hər iki şəhərdə yerləşən mülki infrastruktur obyektləri, çoxmənzilli yaşayış binaları, şəxsi evlər və nəqliyyat vasitələri xeyli ziyan çəkmişlər.



Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağcabədi. Goranboy, Naftalan, Ağdam, Göygöl rayonlarına endirilən raket zərbələri nəticəsində də mülki şəxslər həlak olmaqla yanaşı, onların şəxsi əmlakları, o cümlədən yaşayış evləri və digər əmlakları xeyli zərər görmüşdür. Ümumilikdə hərbi əməliyyatlar başlandığı dövrdən bu günədək erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi vandalizm hərəkətləri nəticəsində 90 nəfər sakin qətlə yetirilmiş, 392 nəfər yaralanmış, 2406 yaşayış evləri, 92 çoxmərtəbəli yaşayış binası, 423 mülki obyekt yararsız vəziyyətə düşmüşdür.
Törədilən bu vəhşiliklər, 1949-cu il Cenevrə konvensiyasının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırım siyasətinin davam etdirilməsinin sübutudur.

Ermənistan rəhbərliyinin cəbhə xəttindən uzaqda yerləşən və heç bir hərbi obyekt olmayan əraziləri atəşə tutmaqda əsas məqsədləri həmin ərazilərdə yaşayan əhali içərisində təşviş yaratmaqdır. Lakin onlar unudurlar ki, hazırki Azərbaycan keçən əsrin 90-cı illərdə müstəqilliyini yenicə qazanmış Azərbaycan deyildir.

Bu gün Azərbaycan prezidenti Ali baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi güclü Azərbaycan vardır. Bununla yanaşı ermənilər bu gün davam edən əməliyyatlara üçüncü tərəfi də cəlb etmək məqsədini güdürlər. Lakin onlar unudurlar ki, bu gün Azərbaycanın yanında Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə dayanıb.

Təbii ki, Ermənistan hansı məqsədləri güdməsindən asılı olmayaraq onların silahlı qüvvələri Azərbaycan ordusu qarşısında diz çöküblər. Ermənistan Azərbaycana qarşı törətdikləri bütün əməllərə cavab verməli olacaqlar.

Dünya ictimaiyyətinə də məlumdur ki ermənilərin mülki əhaliyə qarşı ballistik raketlərdən, kasset bombalardan, qadağan olunmuş silahlardan istifadə etməsi cinayətdir. Onların törətdikləri bu cinayətlərlə bağlı Azərbaycan hökuməti tərəfindən beynəlxalq təşkilatlara hesabatlar, müraciətlər və bəyanatlar təqdim edilmişdir. Həmin hesabatlar müvafiq beynəlxalq təşkilatlar tərəfindən təhlil edilməli, insanlığa qarşı cinayət və humanitar hüququn pozulması ilə bağlı Ermənistan hökumətini idarə edən və bu qərarları verən şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir.
Hesab edirəm ki, bu, belə də olacaqdır. İnanıram ki, yaxın vaxtlarda bizim müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa və Xankəndi də daxil olmaqla keçmiş Dağlıq Qarabağ vilayətinin bütün yaşayış məntəqələrində Azərbaycan bayrağını dalğalandıracaqdır.

Sonra çıxış edən qonaqlar bildiriblər ki, ermənilərin atdıqları bütün addımlar məqsədyönlü olduğu dünya ictimaiyyətinə də məlumdur. Beynəlxalq ictimaiyyət yaxşı anlayır ki, mülki əhaliyə qarşı ballistik raketlərdən, kaset bombalardan, qadağan olunmuş silahlardan istifadə cinayətdir. Beynəlxalq humanitar hüququ pozaraq insanlığa qarşı cinayət törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətə cəlb edilməlidirlər.

Qonaqlar, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, bu haqq mübarizəsində daim qardaş ölkəni dəstəkləyəcəyini bildiriblər.




Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024