Mobil versiya
Erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub
Tarix: 30-10-2020 | Saat: 14:57
Bölmə:Manşet / Gündəm | çapa göndər

Erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub


Ermənistan silahlı qüvələrinin hərbi təcavüzü nəticəsində 4 uşaq hər iki valideynini itirib, 7 ailə tamamilə məhv olub.

aia.az xəbər verir ki, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən, Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 nəfər ahıl şəxs həlak olub: "Yaralılara gəlincə, 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs xəsarət alıb. Statistik rəqəmlər gündəlik olaraq dəyişir.Həkimlər əlindən gələnləri edirlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5604 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2020