Mobil versiya
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb
Tarix: 27-10-2020 | Saat: 14:04
Bölmə:Gündəm | çapa göndər

Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb


Hesablama Palatası xarici həmkarlarını işğaldan azad edilmiş ərazilərdə erməni vandalizmi barədə məlumatlandırıb.

Palatadan verilən məlumata əsasən, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin başladığı hücuma cavab olaraq Azərbaycan ordusu tərəfindən aparılan əks-hücum əməliyyatlarının nəticələri barədə xarici həmkarlar məlumatlandırıb.

Məlumatda aparılan əks-hücum tədbirlərinin edilən hücumların qarşısının alınması, BMT-nın 1993-cü ildə işğal edilmiş torpaqların qeydsiz-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi və icra edilməmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrinin icrasını təmin etmək məqsədi daşıdığı göstərilib.

Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən 65 nəfər mülki vətəndaşın, o cümlədən, uşaqların və yaşlıların həlak olduğu, 297 nəfərin yaralandığı, təcavüz nəticəsində vətəndaşların və dövlətin əmlakına ciddi ziyan dəydiyi, bir sıra obyektlərin tam dağıdıldığı qeyd edilib.

Hesablama Palatası aparılmış uğurlu əməliyyatlar nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi həmin dövrdə bu torpaqlarda həyata keçirilmiş vandalizm aktları barədə məlumat verib, həmin rayon və şəhərlərin dağıdılması, infrastrukturunun tam yox edilməsi, ekologi mühitə ziddi ziyan vurulması və təbii sərvətlərin amansızcasına istismar olunması xarici həmkarların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən azad edilmiş torpaqlarda infrastrukturun bərpası ilə bağlı verilmiş tapşırıqlar artıq icra olunmaqdadır.

Məlumat Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, həmçinin, bu təşkilatın regional bölmələrinin EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin, ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5442 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-11-2020
27-11-2020