Mobil versiya
“Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq” - Prezident
Tarix: 27-10-2020 | Saat: 10:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq” -


Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla pozdu. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İtaliyanın Rai-1 telekanalına müsahibəsində yeni atəşkəslə bağlı suala cavabında bildirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar atəşkəs başlayandan düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024