Mobil versiya
Bakı Şəhər İcra Hakimiyyəti məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək
Tarix: 26-10-2020 | Saat: 11:55
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakı Şəhər İcra Hakimiyyəti məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Baki Şəhər Əsaslı Tikinti və Təmir” MMC 7 milyon 368,1 min manat dəyərində müqavilələr bağlayıb.

Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC açıq tenderlər üzrə beş şirkətlə müqavilə bağlayıb.

Belə ki, Sabunçu rayonu Zabrat qəsəbəsində 71 saylı tam orta məktəbə əlavə 30 sinif otağının tikintisi üçün “MAQ LTD Şirkəti” ilə ümumi dəyəri 1 milyon 341,3 min manat dəyərində müqavilə bağlanıb.

Həmçinin, eyni qəsəbənin 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi ilə bağlı “Planet Construction” MMC ilə 709,3 min manat dəyərində müqqavilə imzalanıb.

Nəsimi rayonu 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşası isə “Kəmər İnşaat” MMC-yə həvalə edilib. Müqavilə üzrə şirkətə 1 milyon 317,3 min manat ödəniş ediləcək.

Suraxanı rayonunun Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisi üçün “GM Construction” MMC ilə razılıq əldə edilib. Belə ki, korpusların tikintisinə 2 milyon 494,1 min manat sərf ediləcək.

Eyni zamanda, Xətai rayonu 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların, eləcə də idman və akt zalının inşası “TVM İnşaat” MMC-yə həvalə olunub. Cari işlər üzrə şirkətə 1 milyon 496,1 manat ödəniş ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024