22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib
Tarix: 21-10-2020 | Saat: 12:20
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
İran həkimləri Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə hazırdır.
İranın Azərbaycandakı səfirliyindən aia.az-a verilən məlumata görə, bu, 22 iranlı həkimin Azərbaycanın İrandakı səfirinə müraciətində öz əksini tapıb.
Müraciətdə qeyd edilib ki, İran həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələrlə təbrik edir, eləcə də, hərbçilərin və dinc insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayır:
"Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan dinc əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.
Səfirliyin məlumatında müraciət edən həkimlərin sayının artacağı qeyd olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər