Mobil versiya
Bu gecə cəbhədə yaralanan gənc qəzada öldü
Tarix: 02-04-2016 | Saat: 13:39
Bölmə:Gündəm / Hadisə / Manşet2 / Karusel | çapa göndər


Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndində bir nəfər ölüb digəri isə ağır yaralanıb.

Aia.azxəbər verir ki, bu barədə azvision.az-a Tərtər rayon Qarağacı kəndinin icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, kənddə yerləşən bələdiyyə binasında məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun idarə etdiyi avtomobil artilieriya atəşinə məruz qalıb:

“Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Cəlal Rəhimovun “Vaz 2107” markalı avtomobilinin yanına mərmi düşüb. Avtomobilin içərisində olan Orxan Rəhimov partlayış nəticəsində hər iki ayağını itirib.

O, bildirb ki, ayaqlarını itirən O.Rəhimov bu gün xəstəxanaya aparılan zaman təcili yardım avtomobili yol qəzasına düşüb: “Orxan Rəhimov Bərdə rayon Mərkəzi xəstəxanasına aparılan zaman təcili yardım avtomobili minik avtmobili ilə toqquşub. Ayaqlarını itirmiş Orxan Rəhimov da qəza zamanı həyatını itirib. İndi onun cənazəsi rayona aparılır”

Onun əmisi Cəlal Rəhimov isə ağır bədən xəsarəti alıb. Hazırda həkimlər onu müalicə edir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi

5591 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}