Gömrükdə əməliyyat: Milyondan çox siqaret aşkarlandı – FOTO
Tarix: 01-04-2016 | Saat: 16:10
Bölmə:Gündəm / İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
DGK vətəndaşlara xəbərdarlıq edib.
Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı kimi Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində prioritet istiqamətlərdən biri qaçaqmalçılıq hallarına qarşı mübarizədir.
Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, komitə daim qaçaqmalçılıq hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirərək, yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan yayınma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
Bu fəaliyyətin nəticəsidir ki, təkcə tütün məmulatlarının qaçaqmalçılığı üzrə 2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1 mln. 273 min 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq faktları Aksiz Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar Gömrük İdarələri tərəfindən aşkar edilib.
Xüsusilə Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirlərdən aldıqları müəyyən məbləğ vəsaitə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə sui-istifadə hallarına yol verirlər.
DGK bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcək.
DGK bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər və mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024