Mobil versiya
“Azərişıq” və “Azəriqaz”ın rəhbərliyi Gəncədə dəymiş ziyanla maraqlandılar
Tarix: 17-10-2020 | Saat: 19:18
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Azərişıq” və “Azəriqaz”ın rəhbərliyi Gəncədə dəymiş ziyanla maraqlandılar


Oktyabrın 17-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar. AİA.Az xəbər verir ki, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər. Hər iki qurumun rəhbəri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıb. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazinin 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7424 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2020
19-10-2020