Mobil versiya
“Məktəblərdə kütləvi yoluxma olmayıb” - Təhsil naziri
Tarix: 16-10-2020 | Saat: 11:36
Bölmə:Təhsil | çapa göndər

“Məktəblərdə kütləvi yoluxma olmayıb” -



Karantin elan edilməyib, tətil elan edilib. Bu, o deməkdir ki, bu və ya digər formada tədris aparılmır.

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, noyabrda 9 günlük tətil nəzərdə tutulurdu.

“Söhbət həmin günlərin bir həftə əlavə olunmaqla yerinin dəyişməsindən gedir. Qərarın verilməsinin səbəbi əvvəlki dövrlə müqayisədə virusun yayılması daha sürətlidir. Bu gün 1221 məktəbdə Gəncə, Naftalan, Mingəçevr şəhərləri, Ağcəbədi, Ağdam, Ağstafa, Beyləqan, Daşkəsən, Bərdə, Füzuli, Gədəbəy, Goranboy, Qazax, Tərtətr, Tovuz, Yevlax, Şəmkir, Samux, Göygöl və Cəbrayıl rayonlarının ərazilərində olan məktəblərdə bəlli səbəblərdən tədris dayandırılır. Bu məktəblərdə 340 min şagird təhsil alır. Bakı, Suqmayıt şəhərləri və Abşeron rayonu əhalinin sıx məskunlaşdığı yerdir. Məktəblərin özündə kütləvi yoluxma hallarına rast gəlinməyib. Məktəbə gələn müəllimlər, digər işçilər nəqliytyatdan istifadə edir, sıxlıq yaradır. Distant təhsil mümkün deyil deməzdim, müəyyən çətinliklər var”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024