Mobil versiya
Gəncə, Şəmkir və Xanlarda fermerlərə pulsuz gübrə paylanılıb
Tarix: 14-10-2020 | Saat: 16:26
Bölmə:Ölkə | çapa göndər

Gəncə, Şəmkir və Xanlarda fermerlərə pulsuz gübrə paylanılıb


"Baytarlıq sanitariyası və ətraf mühitin mühafizəsi" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gəncə, Şəmkir və Xanlarda fermerlərə məhsuldarlığın artırılması üçün ictimai dəstəyin verilməsi” layihəsi çərçivəsində Gəncə, Şəmkir, Xanlar rayonlarında olan fermerlərə pulsuz gübrələrin verilməsini həyata keçirib. Bəylər Qarayev layihə barəsində məlumat verərkən qeyd edib ki, 3 ay həyata keçirilən layihə çərçivəsində Gəncə, Şəmkir və Xanlarda olan fermerlərə məhsuldarlığın artırılması üçün ictimai dəstək verilib. Layihə çərçivəsində Gəncə, Şəmkir, Xanlar rayonlarında olan fermerlərə hər birində 20 fermer olmaqla pulsuz azot gübrəsi verilir. Təşkilat tərəfindən gübrədən istifadə qaydaları izah olunur. Eyni zamanda fermerlərə dünyanı cənginə alan koronavuris epidemiyasından qorunma yollarından bəhs edən 1000 ədəd buklet paylanıb.

Tədbirdə çıxış edən ekspert Elnarə Həziyeva deyib ki, Son illərdə tədqiqatçılar müasir dünya birliyinin qlobal problemlərinin sayı barəsində ciddi iş aparırlar. Tədqiqatçılar hesab edir ki, ümumilikdə dünya birliyinin qlobal problemləri 9 pilləli sistem üzərində qurulub ki, ərzaq təhlükəsizliyi problemi bu siyahıda 6-cı yeri tutur. Haqqında söhbət gedən problemin qloballaşması və getdikcə daha kəskin xarakter alması, təbiidir ki, dünya alimləri, beynəlxalq təşkilatlar və dövlət orqanlarının haqlı narahatlığına səbəb olub.”Ekspertlər hesab edir ki, ərzaq təhlükəsizliyi problemi ilə bağlı ciddi iş aparılmalıdır. Ərzaq qıtlığı və aclığa qarşı birgə mübarizə üçün Ümumbəşəri Deklorasiya qəbul edilməsinə, Ümumdünya Ərzaq Şurası yaradılmasına və Ümumdünya Ərzaq Təhlükəsizliyi Proqramının qəbul edilməsinə baxmayaraq bu gün dünya ölkələrinin bir çoxunda ərazaq təhlükəsizliyi ciddi hal alıb. Bir sıra ölkələr bütün insanların həmişə aktiv və sağlam həyat tərzi üçün kifayət qədər ərzaq əldə edə bilməsi imkanının mövcudluğu problemi ilə üz-üzə qalıb.

Müstəqilliyinin bərpasının 10 illiyini qeyd etmiş Azərbaycan da əhalisinin ərzaq təhlükəsizliyinin qayğısına qalmağa başlanmışdır. Azərbaycan Hökuməti Avropa Komissiyası Ərzaq Təhlükəsizliyi Proqramına qoşulmaq üçün 2000-ci ilin iyununda Memorandium imzalayıb. Mövcud problemin aradan qaldırılması üçün ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 2 mart tarixli 640 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli aparılmasına təkan vermişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı qəbul edilmişdir. Bütün bunlara baxmayaraq Dövlət Statistika Komitəsinin rəsmi saytında ərzaq təhlükəsizliyinin əsas elementlərindən sayılan əkinçilik sahəsinin durumu ürəkaçan səviyyədə olmadığının şahidi oluruq. Xüsusən yerlərdə bəzi əkinə yararlı torpaqlar istifadəsiz qalıb. Halbu ki, ölkəmizdə əkinçilik işi üzrə kifayyət qədər yetişkən kadrlar və bu iş üçün təcrübə var. Eyni zamanda ölkəmizin yerləşdiyi coğrafi region bu sahə üzrə yüksək nəticələr qazanmağımızı şərtləndirir. Təşkilatımıza müraciət edən fermerlər yerlərdə gübrə çatışmamazlıqları ilə qarşılaşdıqlarını dilə gətirirlər. Şəmkir, Xanlardan olan fermerlərin müraciətlərindən aydın olur ki, bir çox fermerlər heyvanlara xidmət və onların baytarlıq xidməti ilə müntəzəm məşğul ola bilmədiyi üçün bu səhə üzrə məhsuldarlıq aşağı səviyyədədir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024