Mobil versiya
Kəmaləddin Heydərov Gəncədə dağılmış binalara baxış keçirib
Tarix: 13-10-2020 | Saat: 12:55
Bölmə:Gündəm | çapa göndər

Kəmaləddin Heydərov Gəncədə dağılmış binalara baxış keçirib


Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2020-ci il oktyabrın 13-də Gəncə şəhərinə səfər edib.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub. Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq əhalinin təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024