Mobil versiya
“31mart-azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş anım tədbiri keçirilmişdir. (Bərdə) (FOTO)
Tarix: 01-04-2016 | Saat: 13:54
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


31 mart 2016-ci il tarixdə Bərdə rayon Gənclər və İdman Idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhid Alı Mustafayev adına şəhər 5 saylı tam orta məktəbdə gənc müəllimlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “31mart-azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zərifə Məmmədova açaraq qonaqları təqdim etdi və tədbir barədə qısa məlumat verdi.

Soyqırımı qurbanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Məfkurə Allahverdiyeva mövzu ilə əlaqədar məruzə söylədi.

Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışında qeyd etdi ki , Azərbaycan xalqının ermənilər tərəfindən soyqırıma məruz qalmasının ən azı 200 illik tarixi vardır. Həmin müddətdə 2 milyon nəfərdən çox azərbaycanlı ermənilərin bu sərsəm siyasətinin qurbanı olmuşdur. Çoxlu sayda yaşayış məskənlərimiz, tarix və mədəniyyət abidələrimiz, sosial obyektlərimiz dağıdılmış, geniş miqyasda torpaqlarımız işğal edilmişdir. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani münasibət nəticəsində azərbaycanlılar öz əbədi dədə-baba torpaqlarından didərgin salınmışlar. 1988-ci ildən sonrakı dövr azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının yeni mərhələsi başlandı. Bu dövrdə 18 min nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş ,4 min nəfərdən çox soydaşımız itkin düşmüş, yaxud əsir və girov götürülmüşdür.

Məktəbin tarix müəllimləri: Respublikanın əməkdar müəllimi Minayə Nəbbaqi və Feruz Muxtarov çıxışlarında erməni xislətinin və məkrliyinin iç üzünü real faktlarla və həyati nümünələrlə tədbir iştirakçıların diqqətinə çatdırdılar.

Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək ermənilər tərəfindən azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirilən qeyri-insani davranışlar və soyqırımlar barədə danışdı və bu hadisələrə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyindən, onun imzaladığı 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi anıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.Sonra o, qeyd etdi ki, Azərbaycan tarixinin bu qanlı və faciəli səhifələri heç zaman unudulmamalı, tarixi həqiqətlər xüsusilə gənc nəsillərə daha dərindən çatdırılmalıdır .Onların isə öz növbələrində bu həqiqətlərin sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya çatdırılması və təşviqat işinin genişləndirilməsi əsas məqsədlərdən biridir.

Tədbiri yekun sözü ilə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi A.Qasımov bağlı elan etdi.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024