Mobil versiya
1 Apreldə gerçəkləşən xəyallar.
Tarix: 01-04-2016 | Saat: 13:45
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Səhər oyanıb pəncərədən baxdım. Bu nə idi, yaşadığım binanın iki addımlığında yerləşən şadlıq evi yerində yox idi. O şadlıq evi ki, hər gün kabab tüstüsü onun bacasında yerləşən borudan evimizə dolur bizə rahat nəfəs almağa imkan vermirdi. Bəh nə gözəl, oba köçüb yurdu qalıb. Əl- üzümü yuyub çay içmək üçün mətbəxə keçdim. Mətbəxin pəncərəsindən həyətə boylandım. Həyətimiz tanınmaz bir vəziyyətdə idi. Orda fəaliyyət göstərən çoxsaylı məişət və ticarət obyektlərinin yerində gül - çiçək əkilmişdi. Gözəl bir yaşıllıq zolağı salınmışdı. Bu yaşıllıq zolağında uşaqlar qayğısız, şən oynayırdılar. Çay içməkdən vaz keçdim. Deyəsən dünya gözəllik və sevinc işığına bələnmişdi. Bu gözəlliyə yaxın olmaq üçün evdən çıxdım. Həmişə məni narahat edən özü boyda dərdlə yüklənmiş dənizə tərəf üz tutdum.

Dəniz evimizə yaxındı. Havalar xoş olanda mən bura tez- tez gəlirəm. Amma məni gördüklərim yandırıb, yaxırdı. Bu gün deyəsən xüsusi gün idi. Dənizə çatanda gözlərim böyüdü. Deyəsən bura günəş başqa tərəfdən doğmuşdu. Dənizkənarı necə də gözəl və təmizdi. Uzun, dəmir hasarlar artıq yoxdu. Hər yer tərtəmizdi. Dənizin sahilində ölü balıqlar da görünmür. Ara- sıra rahat oturacaqlar qoyulub. Su tərtəmiz Mərcan dənizi kimidi. Bütün bu gördüklərim məni riqqətə gətirdi. İçimdə güclü soyunub dənizdə çimmək həvəsi yarandı. Paltarımı soyunmaq istəyəndə ilk əlimə gələn gödəkcəm oldu. Gödəkcə ? ...

Bu fikir məni silkələdi. Gerçəkləşməsini arzuladığım xəyallardan ayıldım. Gözüm masanın üstündəki təqvimə sataşdı.Təqvimdə 1 Aprel yazılmışdı.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024