Mobil versiya
MAKRONUN ERMƏNİPƏRƏST MÖVQEYİ
Tarix: 08-10-2020 | Saat: 12:16
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

MAKRONUN ERMƏNİPƏRƏST MÖVQEYİ




Məni bu məqaləni yazmağa vadar edən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı bəzi xarici ölkələrin, o cümlədən ATƏT-in həmsədr ölkələrindən biri olan Fransanın Prezidenti Emmanuel Makronun tutduğu mövqedir. Mənim üçün maraqlıdır ki, ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə fəaliyyətsizliyi nəticəsində dondurulmuş halda olan problemin həlli istiqamətində ölkə prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun atdığı inamlı addımlardan Emmanuel Makron nə üçün belə «narahat» olmuşdur?

Bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən birinin rəhbəri kimi baş verən hərbi əməliyyatlarda tərəfləri təkcə sülhə dəvət etsəydi başa düşülən olardı. Lakin Fransa prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi aparır, açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını belə işğalçı Ermənistanın faşizm siyasətinə qurban verir.

Niyə, nə üçün, nəyin qarşılığında? Hadisələrin inkişafı, tiraclanan dezinformasiyalar, Makronun beynəlxalq hüquqa və vasitəçilik missiyasına zidd mövqeyi fonunda bu suallar aktuallaşır.

Sentyabrın 27-dən başlayaraq, Ermənistan bütün cəbhəboyu ərazilərdə yaşayış məntəqələrini və mülki əhalini hədəfə alıb. Azərbaycan Ordusu əks-əməliyyatlarla işğalçı ölkəyə ciddi zərbələr endirdi və işğal altındakı ərazilərin bir qismini azad etdi, hazırda ərazilərimizin düşməndən təmizlənməsi istiqamətində əməliyyatlar uğurla davam edir.

Ermənistanın məğlub duruma düşdüyünü görən E.Makron isə heç bir ciddi fakta əsaslanmayaraq guya Suriya və Liviyadan gətirilmiş muzdluların Azərbaycanın tərəfində döyüş əməliyyatlarında iştirak etməsi barədə saxta informasiyanı dilə gətirir. Bununla da Makron saxta məlumatlara istinad etməklə Fransa kimi ölkənin dövlət başçısı postuna adekvat olmadığını sübut edir. Məqsəd Azərbaycan haqqında yanlış imicin formalaşdırılması, beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkmək və işğal olunmuş ərazilərin azad olunması istqamətində həyata keçirilən əməliyyatları bu yolla dayandırmaqdır. Bunun isə işğalçı ölkənin marağında olduğu məlumdur.

Halbuki Azərbaycanın əksinə olaraq dəqiq faktlarla sübut olunur ki, bu gün Ermənistan ordusunun tərkibində PKK terrorçuları ilə yanaşı müxtəlif xarici ölkələrdən cəlb edilmiş etnik ermənilər Azərbaycan silahlı qüvvələrinə qarşı döyüşürlər. Bu faktı Ermənistanın prezidenti Armen Sarkisyan Əlcəzairin «Əl-Cəzirə» televiziyasına verdiyi müsahibədə etnik ermənilərin Ermənistan silahlı qüvvələri tərkibində vuruşduqlarını etiraf etməklə bunun qeyri-adi bir şey olmadığını hesab edir.

Bununla da fransız prezident Fransanın sülhü yox, işğalı dəstəklədiyini, Minsk qrupunda həmsədrliklərini şübhə altına aldığını, Azərbaycanın ərazi bütövlüyünü dətəkləyən beynəlxalq hüququ tapdaladığını sübut etmiş oldu.
Ümumilikdə, Fansanın dövlət başçıları hər zaman erməniləri dəstəkləyiblər. Bu baxımdan Emmanuel Makron da istisna deyil. Erməni təşkilatlarının tədbirində iştirak edir, illik görüşlərinə qatılır. Hətta ötən il onlara söz verdi ki, Fransada «erməni genosidi»nin anım günü təyin olunacaq və hər il qeyd ediləcək. Ermənilərə bu cür dəstək göstərən dövlətin başçısından təbii ki, başqa mövqe gözləmək absurd bir şeydir.
Haqlı olaraq məndə Makronun qazancının nədən ibarət olması sualı yaranır.

Hesab edirəm ki, qarşıdan seçkilər gəlir və Makron sürətlə aşağı düşən reytinqi fonunda nəticələrin onun üçün ürəkaçan olmayacağını anlayır.
Bəzi araşdırıcı şirkətlərin ötən həftə açıqlanan hesabatında Fransa prezidentinin, ümumilikdə hökumətin reytinqinin sürətlə aşağı düşdüyü aydın olur. Hesabatda bildirilir ki, ötən bir ay ərzində Makronu dəstəkləyənlərin sayı 7 faiz aşağı düşmüşdür. E.Makrona etibarın itməsinin əsas səbəbi isə əhalinin problemləri ilə, o cümlədən 2 ilə yaxın müddətdə Fransada davam edən sarı ciletlilərin sosial-iqtisadi məsələlərlə bağlı irəli sürdükləri haqlı tələblərin yerinə yetirilməməsi, onlara qarşı güc tətbiq edilməsi ilə insan haqlarının pozulmasına şərait yaradılması və digər problemlərin həllində lazımsız sərt mövqe tutmasıdır.

Belə olduqda isə Fransada güclü olan erməni diasporu və erməni seçicilər faktoru önə çıxar. Görünür, E.Makron növbəti seçkilərdə erməni seçicilərə “xilas yolu” kimi baxır. Makronun milli maraqlarının əleyhinə olsa belə, açıq şəkildə ermənipərəst mövqeyi ortaya qoymasının əsas səbəblərindən biri budur. Onun vasitəçilik missiyasının tam ziddinə olan “Hamımız birlikdə müqavimət göstərəcəyik. Əmin olun” sözləri ilə Ermənistana verdiyi vəd, əslində Fransadakı erməni seçicilərə verilən vəd idi.

Hesab edirəm ki, Emmanuel Makronun turkofobiya siyasəti, o cümlədən Dağlıq Qarabağla bağlı məsələdə tutduğu ermənipərəst siyasət Fransanın Minsk qrupunun həmsədri kimi vasitəçilyini heçə endirir. Bu baxımdan biz, yəni bugünkü iclasımız Fransanın Minsk qrupunun həmsədrliyində fəaliyyəti barədə konkret münasibət bildirməlidir. Fransa artıq bir tərəf olmadığını ortaya qoyduğu üçün bu missiyadan kənarlaşdırılmalıdır.
E.Makron və onun həmfikirləri dərk etməlidirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, «Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Emənistan ordusunun bizim torpağımızda nə işi var?»

Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz az müddət içərisində işğal altında olan torpaqlarımızın azad olunmasını təmin etməklə üç rəngli bayrağımızı həmin ərazilərdə dalğalandıracaqlar. Pezidentimizin dediyi kimi bu qələbə bayraqları azadlıq meydanında keçiriləcək qələbə paradında nümayiş etdiriləcəkdir.

Yaşasın Azərbaycan Ordusu!!!

Qələbə bizimlədir!!!

AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024