Avropalı analitik: Makronun bəyanatları Fransanın Minsk qrupunda qərəzsizliyini şübhə altına qoyur
Tarix: 07-10-2020 | Saat: 09:37
Bölmə:Gündəm | çapa göndər

Fransa Prezidenti Emmanuel Makronun bəyanatları Fransanın ATƏT Minsk qrupunda qərəzsizliyini şübhə altına qoyur.
Bunu Trend-ə Niderland Senatının keçmiş sədri Rene van der Linden deyib.
O bildirib ki, ATƏT Minsk qrupu Ermənistana kifayət qədər təzyiq göstərə və Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilmədi:
“Errməni qoşunlarının Azərbaycan ərazisinə hücumu beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb, ona görə də beynəlxalq ictimaiyyət münaqişənin həllinin tapılmasında kömək göstərməlidir”.
O, həmçinin qeyd edib ki, E.Makronun “Fransanın Ermənistana dəstəyi” barədə açıqlaması Fransanın Minsk qrupundakı rolunu şübhə altına alır, çünki bu ölkə tərəflərdən birinin mövqeyini tutmamalı, vasitəçi rolu oynamalıdır:
“Fransa təkcə bu münaqişə ilə bağlı deyil, həm də Türkiyə-Yunanıstan və Liviya məsələlərində fərqli mövqe nümayiş etdirib. Beləliklə, bir tərəfdən Makron beynəlxalq təhlükəsizliklə bağlı Avropa mövqeyini dəstəkləyir, digər tərəfdən isə konkret hallarda bu və ya digər tərəfi dəstəklədiyini bildirir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-02-2025
18:27 Putinin növbəti ZARAFATI