Mobil versiya
Övladlığa uşaq götürənlərdən birinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılacaq
Tarix: 06-10-2020 | Saat: 13:33
Bölmə:Gündəm | çapa göndər

Övladlığa uşaq götürənlərdən birinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılacaq


Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Bu, Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Beləliklə, layihəyə əsasən, bu şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri bu məbləğ 100 manat deyil, 200 manat məbləğində azaldılacaq.

Eyni zamanda bu sıraya ilk dəfə övladlığa götürən şəxslər daxil edilir. Qanun Milli Məclisdə qəbul ediləcəyi halda övladlığa götürən şəxslərdən birinin (özlərinin istəyi ilə) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024