Mobil versiya
“Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 min manat köçürüb
Tarix: 05-10-2020 | Saat: 16:26
Bölmə:Ölkə | çapa göndər

“Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 min  manat köçürüb




Ölkənin müasir fermer təsərrüfatlarından biri olan “Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 min manat köçürüb.

“Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC bu şərəfli dövrdə Silahlı Qüvvələr Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qarabağ Bizimdir, Qarabağ Azərbaycanındır!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024