Mobil versiya
Birincilər Səlbi Rzayevanı təbrik edirlər!
Tarix: 04-10-2020 | Saat: 11:30
Bölmə:Təhsil | çapa göndər

Birincilər Səlbi Rzayevanı təbrik edirlər!

Hər il oktyabr ayının 5-də ölkəmizdə Müəllim günü ən əziz bayramlardan biri kimi qeyd olunur. Həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
Bu gün xüsusilə vurğulanması lazım olan məqamlardan biri də budur ki, hazırda ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərən qəhrəman əsgərlərimizin Vətənə və xalqa məhəbbət, dövlətimizə sədaqət prinsipləri əsasında formalaşmalarında, onlara hələ gənc və yeniyetmə çağlarında milli-vətənpərvərlik hisslərinin aşılanmasında sözsüz ki, fədakar müəllimlərimizin rolu və xidmətləri danılmazdır.
Ömrünü övladlarımızın təlim-tərbiyəsinə həsr etmiş belə müəllimlərdən biri də Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Rzayeva Səlbi Sehriman qızıdır. Qeyd edək ki, Səlbi müəllimə ömrünün 26 ildən artıq bir hissəsini məhz bu peşəyə həsr edib və məktəbin qabaqcıl müəllimlərindən biridir. Hal-hazırda da Səlbi müəllimə məktəbin 1b sinfində bu il məktəbə ilk dəfə qədəm qoymuş balacalara elm və bilik xəzinəsinin incilərini bir-bir təqdim etməkdədir.
Bu gün 205 saylı məktəbin 1b sinfində oxuyan əziz nəvəmiz Züleyxa 5 oktyabr Müəllim günü münasibətilə bütün sinif dostları adından Səlbi müəlliməni ürəkdən təbrik edir və sevimli müəllimlərini hər zaman öz uğurları ilə sevindirəcəklərinə söz verirlər!

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024