Mobil versiya
Azərbaycanın haqlı mövqeyi Belçika mətbuatında
Tarix: 02-10-2020 | Saat: 16:05
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın haqlı mövqeyi Belçika mətbuatında





“Azərbaycan ordusu BMT tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazilərində əks-hücum əməliyyatları keçirir. Biz özümüzü müdafiə edirik. Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da bəyan etdi ki, biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik”. Bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın Avropanın nüfuzlu mətbu orqanlarından biri, Belçikanın ingilis dilində gündəlik nəşr olunan və internet üzərindən ayda 2 milyondan çox izləyicisi olan “The Brussels Times” jurnalında dərc olunan “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir” başlıqlı məqaləsində yer alıb (https://www.brusselstimes.com/opinion/133734/azerbaijan-is-restoring-its-territorial-integrity/ ) Məqalədə qeyd olunur ki, Azərbaycan münaqişənin hər zaman diplomatik yolla, danışıqlar yolu ilə həllinə tərəfdar olub. Lakin Ermənistan rəhbərliyi müxtəlif vasitələrlə- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyinə zidd olaraq Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesinə cəlb olunmasına dair bəyanatlar səsləndirməklə, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməklə danışıqlar prosesini pozdu: “Üstəlik, sərhəddə və təmas xəttində erməni silahlı birləşmələrinin təxribatları intensiv xarakter aldı. Nəticədə münaqişə bölgəsində gərginlik pik həddə çatdı və hərbi əməliyyatlar qaçılmaz oldu. Təbii ki, müharibənin öz qanunları var və itkilər də labüddür. Sadəcə, Ermənistan bu dəfə də mülki əhalini hədəfə almaqla, birbaşa mülki əhaliyə yönələn hərbi addımlarla humanitar prinsipləri pozur. Azərbaycan tərəfdən mülki şəxslər arasında ölən və yaralananlar var. Ermənistan bununla Cenevrə konvensiyasının 49-cu maddəsini, ümumiyyətlə konvensiyanın 3-cü bəndinin bir çox maddələrini kobud şəkildə pozmuş olur. Azərbaycan baş verənlərlə bağlı dünya ictimaiyyətini də məlumatlandırır.

“Hazırda döyüşlər davam edir. Bir reallıq da ondan ibarətdir ki, Azərbaycan vətəndaşları 30 ilə yaxındır, öz dədə-baba yurdunda qaçqın-köçkün vəziyyətində yaşayır. Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Bu, Azərbaycan vətəndaşlarının haqqıdır. Beynəlxalq hüququn bütün tələblərinə görə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı, o cümlədən ərazi bütövlüyünün bərpası üçün hər hansı imkandan istifadə edilməsi nəzərdə tutulur. Azərbaycan da beynəlxalq hüququn normaları əsasında öz ərazi bütövlüyünü, suverenliyini bərpa edəcək”, - deyə məqalədə vurğulanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024