Mobil versiya
Bu gündən şəhərlərarası ictimai nəqliyyat 20:00-a qədər işləyəcək
Tarix: 28-09-2020 | Saat: 12:41
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bu gündən şəhərlərarası ictimai nəqliyyat 20:00-a qədər işləyəcək



Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

aia.az-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb:

"Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”

Xatırladaq ki, bu gündən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024