Ağcabədi – sosial-iqtisadi inkişaf davam edir
Tarix: 25-09-2020 | Saat: 15:18
Bölmə:Manşet / Ölkə | çapa göndər
Rayon İcra Hakimiyyətinin rəhbərliyi və sakinlər bu inkişafa birlik və həmrəylik nəticəsində nail olublar
Bu gün bütün ölkə ərazisində olduğu kimi, Ağcabədi rayonunda da qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı qabaqlayıcı tədbirlər Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq operativ şəkildə və yüksək effektivliklə həyata keçirilməkdədir. Rayonda vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin rifah səviyyələrinin aşağı düşməməsi, onların zəruri ehtiyaclarının dövlət hesabına ödənilməsi kimi məsələlər də Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Lakin bütün bunlarla yanaşı rayondan əldə etdiyimiz məlumatlarda belə bir sevindirici fakt da öz əksini tapmışdır ki, bütün çətinliklərə baxmayaraq Ağcabədidə həm sosial, həm də iqtisadi sahələrdə inkişaf öz əvvəlki dinamikası ilə davam edir. Digər bölgələrimizdə olduğu kimi, Ağcabədi rayonu da dövlətimiz tərəfindən həyata keçirilən regional inkişaf proqramlarından yetərincə yararlanır, rayon sakinləri isə Ağcabədi Rayon İcra Hakimiyyətilə birgə göstərdikləri səylər nəticəsində mühüm göstəricilərə nail ola bilirlər.
Heydər Əliyev Fondundan körpələrə daha bir möhtəşəm hədiyyə
Sentyabr ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni bina istifadəyə verilib. Pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov uşaqları, bağça kollektivini yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Ağcabədi şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və açılışı olan uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli Məclisin deputatı Aqil Abbas körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 100 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. İkimərtəbəli bina yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, kompüter otaqları, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Bağçanın həyətində abadlıq işləri aparılıb, oyun meydançası, söhbətgahlar tikilib.
Valideyinlər və bağçanın kollektivi göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir
Sentyabr ayının 18-də YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 2019-2020-ci tədris ilinin yekununda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan şagirdlər və onların müəllimləri ilə onlayn görüş keçirilmişdir. Görüşdə çıxış edənlər bildiriblər ki, təhsil ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Video konfransın sonunda yüksək bal toplamış gənclər çıxış edərək ürək sözlərini söyləmiş və bu nəticələrin əldə olunmasında onların üzərində böyük əməyi olan valideynlərinə, müəllimlərinə və digər insanlara öz minnətdarlıqlarını bildirmişlər.
Ağcabədi pambıqçıları hər zaman qabaqcıllar sırasında olacaqlar
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi məhsul istehsalını artırmaq üçün stimul yaradır. 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5068,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 688,8 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Bir neçə gündür ki, Ağcabədi pambıqçıları məhsul yığımına başlayıblar. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb edilməsi nəzərdə tutulur. Artıq tarlalardan 70 ton məhsul yığılıb. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmağı, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər. Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
Həqiqətən də bu gün Ağcabədidə cərəyan edən prosesləri müşahidə etməklə bu qənaətə gəlmək olur ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən pandemiya ilə bağlı yaranmış mövcud böhranlı vəziyyətdən minimal itkilərlə çıxmaq üçün bütün lazımi tədbirlər vaxtında və yüksək səmərəliklə həyata keçirilib. Eyni zamanda da rayon rəhbərliyinin və sakinlərin mövcud problemlərin həlli, dövlət tərəfindən qarşıya qoyulmuş tapşırıqların icrası yönümündə nümayiş etdirdikləri birlik və həmrəylik sayəsində bu gün Ağcabədidə həqiqətən də sosial və iqtisadi sahələrdə mühüm uğurlar əldə olunmaqdadır.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025