Mobil versiya
Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında intellektual bilik yarışı keçirilib YEVLAX
Tarix: 29-03-2016 | Saat: 18:46
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



29 mart 2016-cı il tarixdə Yevlax şəhərində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi,tibb elmləri doktoru,akademik,oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında intellektual bilik yarışının zona seçim turu keçirilmişdir.Seçim turunda 11 (2 şəhər,9 rayon) komanda:Ağcabədi, Bərdə,Tərtər,Ağdam,Naftalan,Göyçay,Ağdaş,Ucar,Zərdab rayonlarının,Mingəçevir və Yevlax şəhərlərinin komandaları iştirak etmişlər. Bərdə rayonu bu yarışda yığma komanda kimi (Rahib İsmayılov-kapitan,Ramin Göyüşov- T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbi,Elgün Adnayev,Ağamirzə Məmmədov-Kətəlparaq kənd tam orta məktəbi,Mehman Şahmuradov, Ayxan Mikayılov-ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey) layiqincə çıxış edərək,daha yüksək bilik səviyyəsi nümayiş etdirərək I yeri tutmuşdur. Rayonumuzun komandası aprel ayının axırında Bakıda keçiriləcək Final yarışında iştirak etmək hüququ qazanmışdır.Komandanı yarışa Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov hazırlamışdır.



Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş yeniyetmələr arasında intellektual bilik yarışı keçirilib YEVLAX





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024