Mobil versiya
ABŞ-da yanğınla mübarizədə maraqlı üsul
Tarix: 24-09-2020 | Saat: 09:05
Bölmə:Media | çapa göndər

ABŞ-da yanğınla mübarizədə maraqlı üsul



ABŞ-ın Oreqon ştatında yanğınla mübarizəyə heyvanları da cəlb edəcəklər.

OPB xəbər verir ki, Forest-Qrouv şəhərinin sakinləri bu məqsədlə 230 keçini “işə götürəcək”.

Onların əsas işi ekosistemdə yanğınla mübarizə olacaq. Keçilər ərazidə quru otları yeməlidirlər.

“Healing Hooves” şirkətinə məxsus keçilər Vaşinqton ştatından gətiriləcəklər.

Son zamanlar bu cür xidmətlərə təlabatın artdığı qeyd edilir. Heyvanlar ABŞ şəhərlərindən sutka ərzində 800 dollar ödənməklə gətirilir və onları bir neçə günlük işə cəlb edirlər.

Onlar hətta insanların evlərinin ətrafına gələrək, oradakı quru otları da yeyə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024