Mobil versiya
Fəlsəfə və Hüquq İnstitutu – əməkdaşlar hər zaman Həmkarlar Təşkilatının dəstəyini hiss edirlər
Tarix: 23-09-2020 | Saat: 16:19
Bölmə:Ölkə | çapa göndər

Fəlsəfə və Hüquq İnstitutu – əməkdaşlar hər zaman Həmkarlar Təşkilatının dəstəyini hiss edirlər






Artıq dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və bu quruma üzv olan təşkilatlar ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə xüsusi fəallığı ilə seçilən təsisatlardır. O cümlədən, AMEA Fəlsəfə və Hüquq İnstitutu Həmkarlar Təşkilatı da quruma üzv olan institut əməkdaşlarının hüquqlarının qorunması və onların zəruri ehtiyaclarının təmin edilməsi istiqamətində göstərdiyi fəaliyyətilə diqqəti cəlb edir. Qeyd edək ki, 2016-cı ildən təşkilata rəhbərlik Asya xanın Əhmədova tərəfindən həyata keçirilir.

Qısa arayış:

Əhmədova Asya Humayaq qızı 23 noyabr 1975-ci ildə Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olub. 1997-ci ildə Bakı Sosial İdaretmə və Politologiya İnstitutunun (Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçılık Akademiyası) Politologiya fakultəsini bitirib. 2005-ci ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant, 2018- ci ilin yanvarından İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışır. 2016-cı ilin martından AMEA Fəlsəfə və Hüquq İnstitutu Həmkarlar Təşkilatının sədr əvəzi, 2017-ci ildən AMEA Fəlsəfə İnstitutunun HT-nın sədridir.


İlk növbədə keçən il ərzində Fəlsəfə İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilmiş tədbirlərin miqyasını əks etdirən bəzi rəqəmlərə nəzər yetirsək görərik ki, bu qurum həqiqətən də əməkdaşlarının rifahının daha da yüksəldilməsi işini öz fəaliyyətində əsas prioritet kimi müəyyənləşdirmişdir. Belə ki, 2019-cu ildə 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə bayram tədbirinin təşkili üçün 181manat, İnstitutun qadın əməkdaşlarlına hədiyyələrin alınması üçün isə 1394 manat; Novruz Bayramı ilə əlaqədar keçirilən tədbir və “Novruz xonçaları”nın hazırlanıb şöbələrə paylanması üçün 1005manat; 37 nəfər İnstitut əməkdaşının Quba rayonunda yerləşən “Aynur” istirahət mərkəzinə bir günlük gəzintisinin təşkil edilməsi üçün 1050 manat; “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə keçirilən tədbir üçün 345 manat vəsait xərclənmiçdir. Bundan başqa keçirilən tədbirdə istifadə etmək üşün 5 ədəd termopot, 100 ədəd birdəfəlik qab və tədbirin qalibinə təqdim etmək üçün bir ədəd güldan almaq üçün 490,64 (dörd yüz doxsan manat altmış dörd qəpik) manat vəsait xərclənmişdir. İl ərzində 4 nəfər İnstitut əməkdaşına sanatoriya və istirahət düşərgələrinə yollayış verilmişdir. Bundan başqa, 1 nəfər əməkdaşın övladının AMEA-nın “Elm” uşaq düşərgəsində yay tətili keçirməsi təmin edilmiş və bu məqsədlə 150 manat vəsait ayrılmışdır. Həmçinin 2019-cu il ərzində 16 nəfər İnstitut əməkdaşının yubileyi qeyd edilmiş. Yubiley tədbirləri üçün 1173 manat vəsait xərclənmişdir. İl ərzində 30 nəfər institut əməkdaşına 1180 manat, o cümlədən yaxınları vəfat etmiş 4 nəfər institut əməkdaşına 250 manat məbləğində maddi yardım edilmişdir.

AMEA Fəlsəfə İnstitutunun Həmkarlar Təşkilatı cari ildə də bu istiqamətdə fəaliyyətini səngitməmişdir. Belə ki, 2020-ci ilin ötən 8 ayı ərzində 2 mədəni-kütləvi tədbir və 1 yubiley tədbiri keçirmişdir. Bir nəfər əməkdaşın yubileyi ilə əlaqədar olaraq 176 manatlıq tort, şirniyyat və digər qida məhsulları alınaraq yubiley tədbiri təşkil edilmiş, “8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar olaraq 128 qadına 1587 manatlıq hədiyyələr alınmış, “Novruz” bayramı ilə əlaqədar olaraq isə 944 manatlıq bayram sovqatı alınaraq bayram xonçalarında İnstitutun bütün iş otaqlarına təqdim edilmişdir. Ötən müddət ərzində 14 nəfər əməkdaşa 590 manat, o cümlədən yaxınlarını itirən 3 əməkdaşa 150 manat məbləğində maddi yardım etmişdir.

Qeyd edək ki, “COVİD-19” virusunun yayılma təhlükəsi ilə əlaqədar olaraq hələ fevral ayında Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Fəlsəfə İnstitutuna epidemioloq dəvət olunaraq qabaqlayıcı, məlumatlandırıcı tədbir həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar institutun 30 nəfər aztəminatlı əməkdaşına 933mantlıq yardım paketləri paylanmışdır. Digər müəssisələrdə olduğu kimi Fəlsəfə İnstitutunun Həmkarlar Təşkilatı da pandemiya ilə əlaqədar olaraq bəzi mədəni-kütləvi tədbirlər təxirə salınmışdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə