Mobil versiya
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var
Tarix: 21-09-2020 | Saat: 12:54
Bölmə:Ölkə | çapa göndər

Hərbi salamla məşhurlaşan Eltonun atası:


Eltonun körpə vaxtlarından hərbiyə böyük marağı var.

Bunu Trend-ə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin kortecini hərbi salamı ilə qarşılayan məktbəli Elton Hacızadənin atası Xıdır Hacızadə deyib. Onun sözlərinə görə, Eltonun hərbi salam verən yerdə çəkilən fotosu yayıldıqdan bir qədər sonra Sərhəd Qoşunlarının general-mayor Müzəffər Pirizadə məktbəli ilə görüşmək istəyib:

""N" saylı hərbi hissələrinin birinə kortec gedən zaman oğlum avtomobillərdə olan hərbiçilərə hərbi salam verib. Bu zaman kortecdə Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə olub. Bu an görüntü fotoya alınıb, sonra sosial şəbəklərdə yayılıb. Şəkil hər kəs tərəfindən çox maraq və fəxrlə qarşılanıb. Bir müddət sonra kortecdə olan generalımız bizimlə görüşmək istədi, məni və oğlumu hərbi hissələrin birinə dəvət etdi və görüşümüz baş tutdu".

X.Hacızadə əlavə edib ki, Elton hər zaman hərbiyə böyük maraq göstərir. O, hərbiçi olan bibisinin yoldaşı ilə hərbidən söhbət edir, ondan ibrət alır: "Elə biz də bu marağı gördüyümüzdən Eltonu Cəmşid Naxçıvanski adına liseyə və yaxud Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə göndərmək niyyətindəyik".

Eltonun hazırda oxuduğu Daş Salahlı kənd Araz Əmilov adına 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova da məktbəli barədə müsbət fikirlər bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7489 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2020
27-10-2020