Mobil versiya
Fontan da dağıdıldı
Tarix: 28-03-2016 | Saat: 12:38
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Sumqayıt şəhəri Heydər Əliyev adına istirahət parkı təmirdən sonra gözəl durumda idi. Parkda fontanlar, atraksionlar, yaşıl ağaclar bura dincəlməyə gələnlərin rahatlığını təmin edir, həm də zövqünü oxşayırdı. Ancaq sevinc çox çəkmədi. Çoxlarının sevimli əyləncə yeri olan “Sindbad” atraksionu dağıdıldı. Onun yerində böyük bir obyekt inşa edilməyə başladı. Tikinti hələ də davam edir. Bu tikinti qarşısı alınmaz tornado kimi gözəl obyektləri dağıda-dağıda gedir. Növbəti hədəf parkda ən çox diqqəti çəkən fontandır. Xüsusi bir ahəngdarlıqla axan bu fontan suyun gözəl bir ritm altında rəqsinə bənzəyirdi. Müasir tələblərə cavab verən bu gözəl tikili yay mövsümündə bura dincəlməyə gələnlərin ən çox yığıldığı məkan idi. Sakinlər həm burda fontanın axmasından estetik zövq alır, həm də sərinlənirdilər. Belə bir gözəliyin məhv edilməsi heç nə ilə izah olunmur. Hələ bu harasıdır, parkdakı həmişəyaşıl küknar ağaclarının kəsilib traktorun yük hissəsinə doldurulduğunun da şahidi olduq.

Belə gözəlliklərin məhv edilib yerində yeni bir obyektin inşa edilməsi əlavə pul yeyintisinə hesablanmış plandan başqa bir şey deyil.

Şirxanlı Rövşən











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024