Mobil versiya
“Miras” müalicə sanatoriyası – qədim şərqin müasir siması
Tarix: 14-09-2020 | Saat: 15:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Miras” müalicə sanatoriyası – qədim şərqin müasir siması





Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan sanatoriya-kurort müəssisələri öz ziyarətçilərinə ən yüksək səviyyədə xidmət göstərirlər


Ötən saylarımızdan birində dərc etdiyimiz məqalədə biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan “Bilgəh” kardioloji sanatoriyasından bəhs etmişdik. Daha dəqiq desək, həmin yazıda AHİK-nın vəsaitləri hesabına “Bilgəh” kardioloji sanatoriyasında aparılmış təmir və yenidənqurma işləri, burada istirahət edən və müalicə alan insanların rahatlığı üçün yaradılmış və beynəlxalq standartlara cavab verən şərait barədə məlumatlar təqdim olunmuşdu. Bunda bizim məqsədimiz isə, həmkarlar təşkilatlarında yığılan üzvlük haqqlarının hansı məqsədlərə xərcləndiyinə dair ictimaiyyətə yanlış informasiya ötürülməsi cəhdlərinə bir cavab vermək olmuşdu. Elə həmin yazıda biz qeyd etmişdik ki, bu istiqamətdə araşdırmalarımızı davam etdirəcək və növbəti saylarımızda Konfederasiyanın digər kurort müəssisələrində yaradılmış şərait barədə oxucularımıza ətraflı məlumatlar təqdim etməyə çalışacağıq. Sözümüzə əməl edərək, bu yazıda Mərdəkan qəsəbəsində yerləşən “Miras” müalicə sanatoriyası və burada yaradılmış şərait barədə söhbət açacağıq.



İlk növbədə qeyd etmək istəyirik ki, dəbdəbəli, şərq memarlığı ənənələrində inşa olunmuş, eyni zamanda yüksək müasir tələblərə cavab verən bu müəssisədə qonaqlar istədikləri zaman yüksək ixtisaslı mütəxəssis həkimlər – qastroenteroloq, uroloq, nevropatoloqla məsləhətləşə, zərurət yarandıqda müvafiq funksional diaqnostika müayinəsindən keçə və sanatoriya-kurort məsləhət və müalicəsini ala bilərlər. Başqa sözlə desək, bu müəssisə tam funksional müalicəvi sanatoriya-kurort müəssisəsi olaraq fəaliyyət göstərməkdədir.



Müəssisənin ərazisində ilk diqqəti çəkən qulluq edilən bağın kölgəli xiyabanıdır. Ərazidə yerləşən fəvvarəli hovuzun ətrafında quraşdırılmış oturacaqlar isə həmsöhbətlər üçün ideal məkandır. Asudə vaxtlarını səmərəli keçirə bilmələri üçün qonaqların xidmətinə olduqca gözəl avadanlıqlarla təchiz edilmiş üzgüçülük hovuzu da verilmişdir. Həmçinin arzulayanlar massaj, sualtı duş massajı, ayaq vannaları qəbul etməklə rahatlana va məşğələ təlimatçılarının rəhbərliyi altında müalicəvi bədan tərbiyəsi, eləcə də istər zalda, istərsə də açıq havada trenajorlarda məşğul ola bilərlər.



Əsas korpusun otaqları da son dərəcə gözəl və ən müasir beynəlxalq standartlara uyğun şəkildə tərtib və təchiz olunmuşdur. Belə ki, bütün otaqlar kondisioner, düz ekranlı televizor, soyuducu, seyf və digər məişət texnikası ilə təchiz edilib. Qonaqların ixtiyarında həmçinin sauna va əsl Azərbaycan hamamı vardır. Müəssisənin kafe-bar və restoranında isə qonaqları səhərlər səhər yeməyi, günün digər saatlarında isə müxtəlif və zəngin Azarbaycan və Avropa mətbəxindən estetik şəkildə tərtib edilən yeməklər gözləyir.



Mövzuya dair dərc etdiyimiz ötən məqalədə də biz qeyd etmişdik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan bütün sanatoriya-kurort müəssisələri və istirahət mərkəzlərinin yüksək beynəlxalq standartlara cavab verə biləcək səviyyədə təmir və təchiz olunmaları saxlanması məhz AHİK-nın vəsaitləri hesabına təmin edilir. Təbii ki, eyni sözlər “Miras” müalicə sanatoriyasında yaradılmış şərait üçün də keçərlidir. Əgər kimlərsə bu dediklərimizə şübhə ilə yanaşırlarsa, buyurub öz araşdırmalarını apara bilərlər.

aia.az
Abbas Abbasov
Elbrus bağırov

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024