Mobil versiya
“İrəli” İctimai Birliyi təcrübə proqramı elan edir
Tarix: 14-09-2020 | Saat: 14:10
Bölmə:Ölkə | çapa göndər

“İrəli” İctimai Birliyi təcrübə proqramı elan edir


"İrəli” İctimai Birliyi gənclərin bilik, praktiki bacarıqlar və şəxsi inkişafına dəstək vermək məqsədi ilə yenidən gənclər üçün təcrübə proqramı elan edir. İctimai birlikdən bildirilib ki, proqramda iştirak etmək istəyən gənclər qurumun “İnsan Resursları”, “Mətbuat Katibliyi”, “İrəli” Media Mərkəzi, “Beynəlxalq Əlaqələr Katibliyi”, “Layihələrlə iş üzrə katiblik” istiqamətləri üzrə müraciət edə bilərlər. Təcrübə proqramına seçilən gənclərin seçim prosesi müraciətlərin qəbulu və onlayn müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq. Mövcud pandemiya vəziyyəti ilə əlaqədər olaraq gənclər əsasən sərbəst və uzaqdan iş prinsiplərində olacaq.

Üç ay davam edəcək təcrübə müddətini uğurla başa vuracaq gənclər şəhadətnamə ilə təltif olunacaqlar. Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, məsuliyyətli, komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir. Ərizələr sentyabr ayının 20-də saat 12:00-dək qəbul ediləcək.
Qeydiyyat və ətraflı məlumat üçün link:
http://ireli.az/tecrubeqazan/
.

Əgər siz də, ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5447 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2020
17-09-2020