Mobil versiya
Bakıda metro stansiyaları fəaliyyətə başladı
Tarix: 14-09-2020 | Saat: 09:06
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda metro stansiyaları fəaliyyətə başladı


Bu gün səhər saat 06:00-dan Bakı metropoliteninin stansiyaları fəaliyyətini yenidən bərpa edib.

aia.az-ın məlumatına görə, səhər saatlarından artıq metro stansiyalarının qapıları sərnişinlərin üzünə açılıb. Bütün stansiyalar gücləndirilmiş rejimində fəaliyyətə başlayıb. 72 gün bağlı qalan metro stansiyaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sentyabrın 14-dən yenidən fəaliyyətini bərpa edib.

Stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçülür, koronaviruş şübhəsi olan vətəndaşlar, stansiyalara buraxılmırlar. Bununla yanaşı, stansiyaya daxil olan sərnişin metro ərazisini tərk edənə qədər tibbi maskadan istifadə etməlidir. Bunun üçün hər stansiyada xüsusi nəzarətçilər ayrılıb. Platforma və stansiya ərazisində olan metro nəzarətçiləri sərnişinlərə sosial məsafə saxlamağa, tibbi maskalardan istifadəni tapşırır. Stansiya ərazisinə maskasız sərnişin buraxılmır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025