Nazirlikdən valideynlərə müraciət - Məktəbə gül aparmaq olmaz
Tarix: 12-09-2020 | Saat: 13:33
Bölmə:Karusel / Təhsil | çapa göndər
“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”.
AİA.Az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.
O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: “Biz valideynlərə müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun”, - deyə nazirin müşaviri bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”