Mobil versiya
İmişli Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin direktorları ilə onlayn iclas keçirilib - FOTOLAR
Tarix: 09-09-2020 | Saat: 18:01
Bölmə:Təhsil | çapa göndər

İmişli Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin direktorları ilə onlayn iclas keçirilib

İmişli Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin direktorları ilə onlayn iclas keçirilib. Onlayn iclasda təhsil şöbəsinin müdiri Ələmdar Qulivev, müdir müavini Vahid Tağıyev və məktəb direktorları iştirak ediblər.

İclasda məktəblərin yeni tədris ilinə hazırlığı, tədris planlarının və dərs cədvəllərinin hazırlanması, dərsliklərin vəziyyəti və digər mövzular müzakirə olunub.

Onlayn görüşdə həmçinin, Təhsil nazirinin xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrinin tədris planlarının və tədris planlarına dair qeydlərin təsdiq edilməsi barədə 04. 09. 2020-cil tarixli F-394 nömrəli əmri ilə bağlı, məktəblərin pandemiya şəraitinə uyğun fəaliyyətinin təşkili qaydaları, ibtidai, 5-9 və 10-11-ci siniflər üzrə tədris prosesində tədbiq olunacaq dəyişikliklər izah olunub.

Dərs prosesi zamanı müəllimlərin və şagirdlərin məktəblərdə hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, dezinfeksiya işlərinin mütəmadi olaraq aparılmasının vacibliyi bildirilib.

Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024