Mobil versiya
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev videogörüş keçirib - FOTOLAR
Tarix: 09-09-2020 | Saat: 18:00
Bölmə:Təhsil | çapa göndər

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev videogörüş keçirib



09 iyul 2020-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə Təhsil Nazirliyinin 08 sentyabr 2020-ci il tarixli 02-14-623/13 nömrəli məktubuna müvafiq olaraq “Rayonun ümumi təhsil məktəblərində 15 sentyabr 2020-ci il tarixindən mərhələli olaraq əyani və distant (məsafədən) formada tədris prosesinin başlayacağı” mövzusunda videogörüş keçirilib.

Videogörüşdə təhsil şöbəsinin əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.

Təvəkkül Əliyev çıxış edərək ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilini və tənzimlənməsini təmin etmək məqsədilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində illik planlaşdərmaların hazırlanmasına dair metodik göstərişlər” (əlavə 1) və “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirmənin aparılmasına dair metodik göstərişlər” (əlavə 2) barədə ətraflı məlumat verib.

Sonda videogörüş iştirakçılarının sualları ətraflı cavablandırılıb.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024