Mobil versiya
Mayor Vəlizadə Urfan Üzeyir oğlunun həyat yoldaşı Vəlizadə Könül Nəriman qızı ilə görüş keçirilib
Tarix: 08-09-2020 | Saat: 16:14
Bölmə:Ölkə | çapa göndər

Mayor Vəlizadə Urfan Üzeyir oğlunun həyat yoldaşı Vəlizadə Könül Nəriman qızı ilə görüş keçirilib


AHİK İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.

Bu münasibət ilə Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında 2016-cı il də aprel döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş mayor Vəlizadə Urfan Üzeyir oğlunun həyat yoldaşı Vəlizadə Könül Nəriman qızı ilə görüş keçirilib.

Görüş zamanı Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Hüseyn Kərimov Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildirib. Sədr qeyd edib ki, AHİK İcraiyyə Komitəsinin Qərarına əsasən şəhid mayor Urfan Vəlizadənin iki azyaşlı övladı - 12 yaşlı Zəhra və 5 yaşlı Betül Vəlizadələr 18 yaşına qədər Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının himayəsinə götürülüb və hər bir övlada ayda 150 manat məbləğində maddi dəstək olunacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024