Mobil versiya
Hacıqabul İcra başçısı yüksək bal toplayan gəncləri təbrik etdi - FOTO
Tarix: 08-09-2020 | Saat: 14:55
Bölmə:Təhsil | çapa göndər

Hacıqabul İcra başçısı yüksək bal toplayan gəncləri təbrik etdi - FOTO

Sentyabrın 8-də Hacıqabul Rayon İcra Hakimiyyətində rayon təhsil müəssisələrinin 2019-2020-ci tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib.

Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov bir daha təbriklərini çatdırdı, təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Rayon rəhbəri bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. Qeyd edək ki,2019-2020-ci tədris ilində məktəbi bitirənlərin sayı 340 nəfər olmuşdur. Onlardan 238 nəfər ali məktəblərə qəbul imtahanında iştirak etmişdir.9 nəfər şagird ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı, 23 nəfər şagird 500-600 bal, 35 nəfər şagird 400-500 bal, 34 nəfər şagird 300-400 bal, 47 nəfər şagird 200-300 bal,25 nəfər şagird isə 150-200 bal arası nəticə göstərib.







Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yüxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlar mükafatlandırılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024