Mobil versiya
Ermənilər yenə yayınır: prezidentlərin görüşü olmaya bilər
Tarix: 25-03-2016 | Saat: 12:59
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər




"Ermənistan və Azərbaycan prezidentlərinin Vaşinqtonda mümkün görüşü barədə qərar yoxdur".

APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın hakim Respublika Partiyasının sözçüsü, parlamentin sədr müavini Eduard Şarmazanov deyib. “Ermənistan prezidenti Vaşinqtona səfər edəcək. Media prezident administrasiyası tərəfindən məlumatlandırılacaq, lakin hər hansı görüş barədə məlumatlı deyilik. Belə qərar yoxdur və hətta belə müzakirə də olmayıb”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri martın 31-də Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcəklər. Prezidentlərin mümkün görüşü barədə daha əvvəl Ermənistanın “Aykakan Jamanak” nəşri məlumat yaymışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024