Mobil versiya
Türkiyədə növbəti terror aktı: 3 ölü, 24 yaralı (VİDEO)
Tarix: 25-03-2016 | Saat: 12:08
Bölmə:Cəmiyyət / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər




Türkiyənin Diyarbakır şəhərində terror aktı törədilib.

Aia.az-in məlumatına görə, Diyarbakırın Lice mahalında terrorçular tərəfindən bombalı avtomobillə jandarmaya hücum təşkil edilib. Bombanın partlaması nəticəsində 3 əsgər şəhid olub, 24 əsgər də yaralanıb.

Əldə edilən məlumata görə hadisə Diyarbakır-Bingöl yolu üzərində yerləşən jandarmada qeydə alınıb. Yerli vaxtla saat 21:15-də terroristlər bombalı avtomobili jandarmanın binası qarşısında işə salıb. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma başlayıb. Təxminən 15 dəqiqə davam edən qarşıdurmadan sonra terrorçular gecənin də qaranlığından faydalanaraq qaçıb.

Hücum zamanı jandarma binasına böyük ziyan dəyib. Hadisə yerinə çox sayda təcili yardım, xilasetmə dəstələri cəlb edilib. Hadisə zamanı yaralananlar əraziyə gələn təcili yardım maşınları ilə Diyarbakır xəstəxanasına aparılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024