Mobil versiya
Uşaqlar nə vaxt dərs oxumalıdır? - Psixoloqdan tövsiyə
Tarix: 03-09-2020 | Saat: 09:14
Bölmə:Karusel / Təhsil | çapa göndər

Uşaqlar nə vaxt dərs oxumalıdır? -


Uşaqları məktəbdən qayıtdıqdan dərhal sonra dərs masasına əyləşdirmək tövsiyə olunmur.

“Rosbalt”ın məlumatına görə, bu barədə Moskva Dövlət Psixoloji və Pedaqoji Universitetinin professor Qurujapov adına pedaqoji-psixologiya kafedrasının dosenti Anna Adaskina bildirib.

“Məsələn, kimsə axşam daha gümrah və aktiv olur, başqasına isə erkən qalxıb sübh tezdən inşa yazmaq daha asandır”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, əsas qanunauyğunluq gərgin dərs günündən sonra istirahətə ehtiyac duyulmasındadır.

Psixoloq məktəblilərə boş vaxtlarını daha yaxşı təşkil etmək və daha az yorulmaq üçün dərsdən sonra gəzintiyə çıxmağı və ya açıq havada oyunlara qoşulmağı məsləhət görür.

“Telefonda oturmaq, əlbəttə ki, oyuna və ya ünsiyyətə keçməyi mümkün edir. Amma təəssüf ki, bu, enerjinin bərpasına kömək etmir”, - deyə Adaskina xəbərdarlıq edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024