Mobil versiya
Bakının bu kəndində məscidlər restavrasiya olunacaq - RƏSMİ
Tarix: 02-09-2020 | Saat: 16:48
Bölmə:Ölkə | çapa göndər

Bakının bu kəndində məscidlər restavrasiya olunacaq -


Əmircan qəsəbəsində son görülən işlərlə yanaşı, məscidlərdə də restavrasiya (bərpa) işləri aparılacaq.

Bu barədə Trend-ə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib. Onun sözlərinə görə, artıq məscidlərin birində təmir işlərinə start verilib:

“Əmircan qəsəbəsində 3 ədəd məscid var və kənddə görülən abadlıq işləri ilə paralel bu məscidlərin restavrasiyası da aparılacaq. Hazırda 14-cü əsrdə tikilmiş olan Nizaməddin məscidində artıq bu işlər başlayıb. O dövrdə bura qərargah kimi tikilsə də sonra məscid kimi fəaliyyət göstərib. Bundan əlavə, Binyət Əli məscidində də restavrasiya işləri görüləcək və proses artıq başlamaq üzrədir”.

Ə.Əliyevin sözlərinə görə, sonuncu məscid bir vaxtlar Bakının ən hündür minarəli və böyüklüyünə görə əzəmətli olan Murtuza Muxtarov məscididir: “Belə düşünürəm ki, Əmircanda abadlıq işləri yekunlaşdıqdan sonra bu məsciddə də bərpa işləri aparılacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024