ADAU – dövlət qayğısı inkişafın möhkəm zəminidir
Tarix: 02-09-2020 | Saat: 14:43
Bölmə:Manşet / Təhsil | çapa göndər
Bu gün Azərbaycanda dövlət tərəfindən prioritet istiqamət kimi müəyyən edilmiş vacib məsələlərdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Məhz bu məqsədlə hazırda ölkəmizdə aqrar sektorun daha da inkişaf etdirilməsi üçün iri miqyaslı və uzun müddətə hesablanmış layihələr həyata keçirilməkdədir. Aydındır ki, hər hansı digər bir sahədə olduğu kimi, aqrar sektorun inkişafı üçün də bu sahə üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsini zəruri şərtlərdən biridir. Eyni zamanda da kənd təsərrüfatının inkişafına elmi əsaslarla yanaşmanın təmin olunması, müasir innovasiya və texnologiyaların tətbiqi və digər bu kimi vacib məsələlərin həlli istiqamətində işlər aqrar inkişafın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edən vəzifələr kimi qarşıda durur. Məhz bütün bu vəzifələrin ölkə miqyasında həyata keçirilməsində aparıcı rol isə, bu gün əlbəttə ki, Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) məxsusdur.
Etiraf olunmalıdır ki, son illər Azərbaycanda ümumiyyətlə elm və təhsil sahələrinin ən yüksək beynəlxalq standartlara cavab verə biləcək səviyyədə yenidən formalaşdırılması istiqamətində dövlət tərəfindən davamlı olaraq həyata keçirilən əsaslı islahatların, irimiqyaslı tədbirlərin nəticəsi olaraq, hazırda ölkəmizdə fəaliyyət göstərən bütün elm və təhsil müəssisələrində sürətli inkişaf müşahidə olunmaqdadır. O cümlədən, üzərinə düşən vacib vəzifələrin səmərəli icrasını təmin edə bilmək üçün hazırda Azərbaycan Dövlət Aqrar Universiteti möhkəm maddi-texniki bazaya, sağlam və yaradıcı kollektivə malikdir. Xüsusilə son bir neçə il ərzində universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri hesabına genişmiqyaslı işlər həyata keçirilib.
Ölkə prezidenti cənab İlham Əliyevin bu ali elm və təhsil müəssisəsinə göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsi olaraq, bu illərdə ADAU-da maddi-texniki bazanın dünya standartlarına uyğun yenidən qurulması ilə tədrisin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaradılıb. Təkcə 2016 və 2017-ci illərdə universitetin iki böyük tələbə evi kompleksinin tikilib istifadəyə verilməsi aqrar təhsilə, aqrar elmə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Iyun ayının 24-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər. Dövlət başçımızın 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən inşa olunmuş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq. Yeni tədris korpusunda aqronomluq, zootexniklik istiqaməti, ictimai elmlər və multikulturalizm kafedraları, interaktiv təlim-tədris otaqları fəaliyyət göstərəcək.
Bütün bunlarla yanaşı bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlət tərəfindən işlənib hazırlanan ümumi konsepsiyaların ayrı-ayrı müəssisələrdə hansı effektivliklə həyata keçirilməsi məsələsi də əksər hallarda məhz həmin müəssisələrə rəhbərlik edən kadrların öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşmalarından asılı olur. Məhz bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun yeniliklərə son dərəcə açıq olması, müasir metodikaları tətbiq etmək bacarığı, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrasında yaradıcılıq və operativlik kimi keyfiyyətləri nümayiş etdirməsi bu elm və ali təhsil müəssisənin uğurlarında əsas amillərdən biri kimi çıxış edir.
Maraqlıdır ki, İbrahim müəllim bu gün rəhbərlik etdiyi universitetin idarə olunmsında tamamilə fərqli, köhnəlmiş stereotiplərə qarşı çıxan meyarlara istinad edir. Belə ki, bu gün ADAU-nun rektorunu onun kabinetindən daha çox məhz universitetin auditoriya və dəhlizlərində, bilavasitə tələbələrin əhatəsində görmək mümkündür. Hər fürsətdə tələbələrlə ünsiyyət qurmağa, onların problemləri ilə bilavasitə tanış olmağa üstünlük verən rektor universitetdə elə bir mühit yaradıb ki, bu gün bəzi tələbələr hətta doğma valideynlərinə deyə bilmədiklərini belə məhz onunla bölüşürlər. Bu münasibətlər isə universitetdə əsil demokratiyanın, obyektivlik və şəffaflığın bərqərar olması üçün möhkəm zəmin yaraıb. Əlbəttə ki, bütün bu yeniliklər və məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verməkdədir. Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi rektor İbrahim Cəfərovun rəhbərliyi altında hər zaman olduğu kimi, bundan sonra da qarşıda duran vəzifələrin icrasını böyük ruh yüksəkliyi ilə həyata keçirəcəck və bu yolda əldə etdiyi uğur və nailiyyətlərini daima artıracaq.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər