Mobil versiya
Bu gün daha 3330 namizəd müəllim olmaq üçün imtahan verir
Tarix: 02-09-2020 | Saat: 09:33
Bölmə:Təhsil | çapa göndər

Bu gün daha 3330 namizəd müəllim olmaq üçün imtahan verir


Sentyabrın 2-də riyaziyyat fənni üzrə test imtahanları keçirilir.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, imtahanlarda 3330 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024