Mobil versiya
İngilis dili müəllimi olmaq istəyənlər üçün imtahanlar keçirilir
Tarix: 31-08-2020 | Saat: 10:10
Bölmə:Təhsil | çapa göndər

İngilis dili müəllimi olmaq istəyənlər üçün imtahanlar keçirilir


Avqustun 31-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, imtahanlarda 1691 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024