Mobil versiya
700 bal toplayan Əziz Kərimli: Gələcəkdə ixtisaslı hüquqşünas olmaq istəyirəm
Tarix: 30-08-2020 | Saat: 20:14
Bölmə:Manşet / Təhsil | çapa göndər

700 bal toplayan Əziz Kərimli: Gələcəkdə ixtisaslı hüquqşünas olmaq istəyirəm


Ali məktəbə qəbul olmaq üçün çox oxuyur və fasiləsiz çalışırdım. Həm dərslərə, həm də müvafiq fənlər üzrə məşğələlərə gedirdim. Tədris ilinin əvvəlində hazırlıqlarım ənənəvi qaydada davam edirdi. Ancaq sonra ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejimi ilə əlaqədar dərslərimi və hazırlıqlarımı onlayn davam etdirdim. Müəyyən çətinliklər olsa da onlayn dərslərin, distant təhsilin bir çox üstünlükləri oldu.

AİA.Az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən Əziz Kərimli söyləyib.

"Məqsədim ixtisaslı hüquqşünas kimi yetişməkdi. İxtisas seçimim isə ADA Universitetinin hüquq fakültəsidir. Bu uğurumu qazanmağımda üzərimdə böyük zəhməti olan valideynlərimə və müəllimlərimə minnətdarlığımı bildirirəm. Ali məktəbə qəbul olmaq istəyən bütün abituriyentlərə isə uğurlar arzulayıram",- deyə Ə.Kərimli bildirib.

Qeyd edək ki, 276 nömrəli tam orta məktəbin məzunu Əziz Kərimli III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024