Mobil versiya
AzMİU-dan təkzib xəbəri: "Rektorumuz sözügedən toyda iştirak etməyib"
Tarix: 28-08-2020 | Saat: 12:13
Bölmə:Ölkə | çapa göndər

AzMİU-dan təkzib xəbəri: "Rektorumuz sözügedən toyda iştirak etməyib"

Ötən gün Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan növbəti video yayıldı.
Daha sonra saytlarda həmin toyda iştirak edən şəxslərlə bağlı siyahı da verildi.
Xəbərlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın da həmin toyda iştirakı qeyd edilib.

Məsələ ilə bağlı universitetin Mətbuat və İnformasiya şöbəsindən Musavat.com-a bildirilib ki, Gülçöhrə Məmmədova ilə bağlı yayılan məlumat doğru deyil: “AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yayımlanmış xəbərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın da həmin məclisdə iştirak etdiyi qeyd olunub. Sizə bildirmək istəyirik ki, xəbər yanlışdır, Gülçöhrə Məmmədova sözügedən toy məclisində iştirak etməyib”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025