Mobil versiya
Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Tarix: 27-08-2020 | Saat: 16:51
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq


Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq, hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq da təhlükəsizlik tədbirləri görüləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025