Mobil versiya
Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı AÇIQLAMA
Tarix: 27-08-2020 | Saat: 10:24
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı


Bakıda bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülər barədərəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən Qafqazinfo-ya verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bir qrup qadın avtomobil yoluna çıxaraq, təhlükəli vəziyyət yaradıblar:

"Ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb. Onların ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.
Qeyd edək ki, qadınlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısındakı yolu bağlamağa cəhd ediblər. Onlar iddia edib ki, şikayətlərinə heç bir məmur baxmır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024