Quba – pandemiya dövründə itkilərin minimuma endirilməsi təmin olunub
Tarix: 26-08-2020 | Saat: 15:19
Bölmə:Manşet / Ölkə | çapa göndər
Qubadan bir qrup ziyalılar redaksiyamıza elektron məktubla müraciət edərək bildiriblər ki, bu gün rayonda müşahidə olunan proseslər COVİD-19 pandemiyası ilə bağlı mövcud böhranlı vəziyyətdən iqtisadiyyatın minimal itkilərlə çıxması, eləcə də karantin rejimi ilə bağlı yaranmış vəziyyətə görə vətəndaşların yaşam səviyyələrinin düşməməsi və zəruri tələbatlarının dövlət hesabına təmin olunması istiqamətində rayon rəhbərliyinin effektiv fəaliyyət göstərdiyini deməyə əsas verir. Bütün bunların müqabilində isə bəzi mətbu orqanlarında həqiqətə uyğun olmayan materialların dərc edilməsi, Quba RİH-nin rəhbərliyinə qarşı açıq-aşkar böhtan kampaniyasının düzənlənməsi yerli ictimaiyyəti son dərəcə narahat edir.
Bu xüsusuda redaksiyamızın elektron poçtuna dünən daxil olmuş məktubda deyilir ki, hazırda bütün ölkə ərazisində olduğu kimi, Quba rayonunda da qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı qabaqlayıcı tədbirlər Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq operativ şəkildə və yüksək effektivliklə həyata keçirilməkdədir. Həmçinin məktubda xüsusi olaraq vurğulanır ki, rayonda vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin rifah səviyyələrinin aşağı düşməməsi, onların zəruri ehtiyaclarının dövlət hesabına ödənilməsi kimi məsələlər də Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə koronavirus pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində Quba rayonunda geniş miqyaslı kompleks tədbirlər bu gün də həyata keçirilməkdədir. Nazirlər Kabinetinin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq olunması barədə müvafiq qərarının tələblərinin rayonda əhatəli qaydada icrası məqsədilə karantin rejiminin ilk günlərindən Rayon İcra Hakimiyyəti başçısının sədirliyi ilə rayon qərargahı, xüsusi karantin rejminin tələblərinin əhali arasında geniş təbliğ olunması məqsədilə isə mobil qruplar yaradılmışdır. Bu qruplara Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, həmçinin RİHB aparatının əməkdaşları və digər səlahiyyətli şəxslər də daxil olmuşlar. Yaradılan bu mobil qrupların əsas vəzifələrinə isə karantin rejimi ilə bağlı qaydaların əhaliyə düzgün çatdırılması məqsədilə gündəlik maarifləndirmə və izahat işlərinin aparılması, aztəminatlı ailələrin, yüksək riskli yaş qrupuna aid olan vә evdən çıxmaq imkanı mәhdudlaşmış tәnha vә ahıl sakinlәrin müəyyənləşdirilməsi və onların xüsusi nәzarәtә götürülməsi, vətəndaşlara maddi və digər köməklik göstərilməsi istiqamətində işlərin həyata keçirilməsi aid olmuşdur. Xüsusi karantin rejimi dövründə Qubada yaşayan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan sakinlərin problemləri Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanmışdır. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq minlərlə belə vətəndaşa Rayon İcra Hakimiyyəti, eləcə də digər fiziki və hüquqi şəxslər, müxtəlif təşkilatlar və xeyriyyəçilər tərəfindən ərzaq yardım paketləri təqdim edilmişdir.
Artıq xəbər verildiyi kimi, 7 avqust 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə 2020-ci ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan videomüşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin və RİHB aparatının müvafiq şöbələrinin müdirlərinin də iştirak etdiyi müşavirədə xüsusi karantin rejimi dövründə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmişdir.
Avqust ayının 11-də isə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin və koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə yaradılmış rayon Qərargahının digər üzvlərinin iştirakı ilə Quba şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərində, ictimai-iaşə müəssisələrində, turizm obyektlərində, restoranlarda reydlər keçirilmiş, əhalinin daha çox toplaşdığı yerlərdə maarifləndirmə və izahat işləri aparılmış, sahibkarlara və vətəndaşlara xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Xüsusi karantin rejiminin tələblərini, həmçinin sanitar-gigyenik tələbləri pozan obyektlər barədə qanunamüvafiq ölçü götürülmüşdür.
Həqiqətən də bu gün Qubada cərəyan edən prosesləri müşahidə etməklə bu qənaətə gəlmək olur ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən mövcud böhranlı vəziyyətdən minimal itkilərlə çıxmaq üçün bütün lazımi tədbirlər vaxtında və yüksək səmərəliklə həyata keçirilməkdədir. Rayon ictimaiyyətinin narazılığına səbəb olan yazıları dərc edən bəzi həmkarlarımıza gəlincə isə demək istərdik ki, ən azından pandemiya dövründə hansısa qüvvələrin sifarişləri əsasında qərəzli məlumatlar yaymaqdan çəkinsinlər.
aia.az
Murad Əsədov
Orxan Həsənov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025